AQUA WIN

KEYFİYYƏT VƏ MÜŞTƏRİ MƏMNUNİYYƏTİ

"Luxe Life Group" olaraq firmamız Azərbaycanda 2010-cu ildən etibarən xidmət verməyə başlamışdır. Şirkətimiz quyu suyu, acı sular, dəniz suları, çirkab sular, tullantı suları, tibbi sular (distillə olunmuş) və digər su sistemləri üzrə sifarişçilərin sənaye və ev tipli su təmizləmə sahəsindəki istək və məmnuniyətini ön planda tutaraq daim ən peşəkar və ideal çözümlər ortaya qoymaqdadır. Əməkdaşlıq etdiyimiz şirkətlər: Aqua-Win, Luxe, AquaFactory, Hidrotek, Okean, Ersutek kimi su təmizləmə sistemləri üzrə dünyaca məşhur brendlərdir. Sifariş həcmindən asılı olmayaraq bütün sifarişçilərimizə yüksək texniki dəstək, layihələndirmə xidmətləri və servis zəmanəti veririk. Hədəfimiz sadəcə satış deyil, satış sonrası xidməti yüksək səviyyədə davam etdirməkdir. Su təmizləmə və arıtmada tətbiq etdiyimiz sistemlər Elektronik PLC nəzarət sistemli tam avtomatik, yarı-avtomatik və manual Reverse Osmosys, Ultra bənövşəyi şüalandırma (UV), Yumşaltma, Çöküntü, Mexaniki təmizləmə, Bioloji və Kimyəvi təmizləmə, Dealkalizasiya, Aktiv karbon, Deionizasiya, Neytrallaşdırma, Fresh Ozon generator sistemləri. Xidmətlərimiz 50 lt/saatdan 1 000 000 lt/saata qədər tək sistem, tandem və ya qrup layihələri əhatə edir
-